Materiallar Azərbaycan Respublikasının Prezidenti yanında AAK tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil olan Milli Nevrologiya Jurnalında (www.mnj.az) çap olunacaq.

 

MƏQALƏ VƏ TEZİSLƏR ÜÇÜN QAYDALAR

 

1. Materialın həcmi (cədvəl, şəkil, xülasə və adəbiyyat siyahısı daxil olmaqla) orijinal məqalələr üçün 10 sahifəyə qədər, tezislər üçün 2 səhifədən artıq olmamaq şərtilə müəyyənləşdirilmişdir. Mətn Microsoft Word proqramında (interval – 1,5; şrift Times New Roman, şriftin ölçüsü 14pt, sahǝ – standart, abzas – ilk sətirdə 1,25 sm olmaqla) tərtib edilməlidir.

 

2. Məqalələrə xülasə hər 3 dildə (Azərbaycan, Rus və İngilis) təqdim olunmalıdır. Material aşağıdakı qaydada tərtib edilməlidir: 1) materialın adı (baş hərflərlə), 2) müəlliflərin adı, soyadı və atasının adı, 3) tadqiqat aparılan müəssisənin adı.

 

3. Orijinal məqalələr «giriş», «tədqiqatın məqsədi», «material və metodlar», «nəticələr və onların müzakirəsi», «yekun», kimi hissələrdən təşkil olunmalıdır.

 

4. Mətndə qısaldılmış adların açılışı ilk rast gəlinən zaman verilməlidir.

 

5. Cədvəl və ağ-qara şəkillər mətndə ilk istinaddan sonra verilməlidir. Şəkillər jpg formatında olmalıdır. Şəkillərin adı 1 intervalla, 12 pt şriftlə, izahlı altyazılan 1 intervalla, 11pt şriftlə yazılmalıdır. Cədvəllərin adları 1,5 intervalla, 14pt şriftlə, içərisi 1 intervalla, 12pt şriftlə, izahlı altyazıları 1 intervalla, 11pt şriftlə yazılmalıdır. Şəkillər və cədvəllər mətndəki ardıcıllığına görə ərəb rəqəmləri ilə nömrələnməlidir.

 

6. Orijinal məqalələrdə istifadə olunan ədəbiyyat «Ədəbiyyat siyahısı» bölməsində əlifba sırası ilǝ (1 intervalla, 12 pt şriftlǝ) verilmalidir. Mətnin içərisində istifadə edilmiş ədəbiyyata istinad edilərkən onların siyahıdakı sıra nömrələri kvadrat mötərizədə verilməlidir. 10-a qədər ǝdəbiyyata istinad etmək olar. Dərc olunmamış işlǝrǝ istinad edilməsinə icazə verilmir.

 

7. Tezislərdə cədvəllər, şəkillər, xülasə və ədəbiyyat siyahısı tələb olunmur.

 

8. Bir müəllif maksimum 2 tezis və ya məqalənin müəllifi (həmmüəllifi) ola bilar.

 

9. Materiallar 30.11.2024-cü il tarixinə qədər qəbul edilir.

 

Əlyazma və materialın elektron variantı aşağıdakı ünvana çatdırılmalıdır: Bakı şəhəri, ATU Terapiya klinikası, Nevrologiya kafedrası.

E-mail: nevrologiya19@gmail.comneurologyjournal@mail.ru

 

Konfransın təşkilat komitəsi.